Azərbaycan Tarixi
4.5K subscribers
866 photos
191 videos
61 files
1.16K links
Saxta tarixə yox deyək!
加入频道
Media is too big
VIEW IN TELEGRAM
ŞEYX RZA ƏLİYEV - ALİ-MUHƏMMƏDİN YETİMLƏRİYİK
Səfəvi Memarlığı sizədə maraqlı gəlir?
Anonymous Poll
98%
Bəli
6%
Xeyr
Azərbaycan Tarixi
Photo
Keçmişəm Sərimdən, qorxmam ölümdən

Şah İsmayıl digər hökmdarlardan fərqli olaraq dünyəvi amallar üçün deyil, ilahi hökümət qurmaq məqsədilə mübarizə aparan bir şəxsiyyət idi. Şah, bu misrada bizə çıxdığı yolda başından keçməyə hazır olduğunu və ölümdən əsla qorxadığını, ömrünün axırına qədər haqq bildiyi yolda hərəkət edəcəyini deyir. Ölümdən qorxmayaraq ilahi hakimiyyət üçün mübarizə aparması həqiqəti onu bu dünyada hafizələrdən asanlıqla silinməyəcək bir şəxsiyyətə çevirmişdir.

Münkir bilməz övliyanın halindən

Bu misrada isə o, özünü ilahi övliyalarla müqayisə edir. Övliya ərəb sözü olub, həyatını Allah yolunda sərf edərək ona yaxınlaşmağa çalışan və Allah dostu hesab olunan şəxs deməkdir. Burada 24 illik mübarizəsini xülasə edərək, özünü Allah yolunda həyatını qurban verən biri kimi təsvir etməklə bərabər Allaha uzaq olanın onu anlamayacağını bizə bildirir.

Yezid oğlu münkirin əlindən çox dəmdir didardan qaldım, ərənlər

Son misrada isə tərəfdarlarına çox əvvəldən bir düşmənin əli ilə şəhid olmaq istədiyini və bu vaxta qədər Allahla, yəni qəlbinin məşuqu ilə görüşə bilmədiyi üçün narahatçılıq yaşadığını vurğulayır. Şəhidlik arzusu ilə döyüşlərdə ön cərgədə vuruşmuşdu və onu bu qorxmaz ruhuna söykənən cəsarəti düşmənin qorxusuna səbəb olmuşdu. Qızılbaşlar öz rəhbərlərinin bu şücaətinə heyran qalmış və onunla birgə döyüşlərdə unudulmaz cəsarət, qəhrəmanlıq göstərmişlər.

Şah İsmayılın hələ bilinməyən çox tərəfləri vardır.

#tarix #Şahİsmayıl

Azərbaycan Tarixi
Qacaq Nəbinin günümüzə çatan yeganə fotosu. (1895-ci il)

https://yangx.top/azerbaycan_tarixi_telegram
I Süleyman Şah Səfəvinin dəbilqəsi

Azərbaycan Tarixi
Azərbaycan Tarixi
Photo
"O zaman məktəblərdə dərs fars dilində keçilərdi, türkcə məktəb kitabı yox idi. Yazma çərəkə vasitəsilə əlifba öyrədildikdən sonra Quran, Sədi, Hafiz, Tarix-Nadir, Cameyi-Abbas oxudardılar..."

Yusif Vəzir Çəmənzəminli. Bir cavanın dəftəri ("XAN" Xatirə Ədəbiyyatı silsiləsindən)

"XAN" nəşriyyatı. Bakı-2015. 76 səh.


Yusif Çəmənzəminlinin qeyd etdiyi bu xatirəsi bizə bir daha göstərir ki, 19-cu əsr Azərbaycanındakı ədəbi mühit və təhsilin vəziyyəti çox keyfiyyətli idi. Oxumaq istəyənlər üçün şərait tapılırmış. Mənəvi fəza ilə həmahəng halda oxunan Sədi və Hafizlərin şeiriyyatı o zamanın qələm sahiblərini də tərəqqi etdirmişdi. Nəticədə Natəvan, Qasım bəy Zakir, Seyyid Əzim və Sabir kimi söz əhli olan xiridarlar ərsəyə gəlmişdi. Görəsən, indikilərin haqqı çatırmı ki, o cür qələm əhlinin yetişdiyi dövrün şəraitini müasir nəslə "savadsız cəmiyyət" kimi təqdim etsin?

Azərbaycan Tarixi
Türkmənçay-Gülüstan müqaviləsini necə dəyərləndirirsiz?
Anonymous Poll
23%
İran və Rusiya Azərbaycanı bölüb
77%
Rusiya İranın şimal ərazilərini işğal edib
Media is too big
VIEW IN TELEGRAM
ABŞ-A NƏ QƏDƏR ZƏRƏR DƏYDİ?
Müzəffərəddin Şah Qacar Gilan səfərində

https://yangx.top/azerbaycan_tarixi_telegram
Nasirəddin Şah Qacarın avtoportreti

Rəsmin aşağısında qısaca bunlar yazılıb:

"صورت خودم که در آینه نگاه کرده، کشیدم"

"Güzgüyə baxaraq öz üzümü çəkdim"

https://yangx.top/azerbaycan_tarixi_telegram
Pəhləvilərin ikinci və sonuncu şahı Məhəmmədrza Pəhləvi 16 yanvar tarixində ölkədən qaçdı. Didərgin düşmüş şahın ölümə yaxın vaxtlarda nə düşündüyünü bilmək faydalı olar. Sabiq İran Şahı Məhəmmədrza Şah Pəhləvi öz xatirələrində qərbə etibar etməyin acı nəticələrini belə etiraf edir:

"Hakimiyyətdə olanda düşünürdüm ki, mənim Qərblə müttəfiqliyim qarşılıqlı ittifaq və etimada əsaslanır. Bəlkə də bu etibar bir səhv idi."

Bu etiraf ömrünü Amerikaya xidmətdə keçirmiş birindəndir. Atalarımız yaxşı deyib: "Arifə bir işarə, qanmaza min toppuz"

Mənbə: Tarixə cavab, Məhəmməd Rza Pəhləvi

https://yangx.top/azerbaycan_tarixi_telegram
Müzəffərəddin Şah Qacarın Cənazəsi

https://yangx.top/azerbaycan_tarixi_telegram
Şeyx Zahid Lənkərani Səfəviyyə təriqətinin (təşkilatının) hədəfini belə təyin edir:

"Bu böyük insanın (Şeyx Səfiəddin Ərdəbili) övladları dünyaya yayılacaqlar və gündən-günə inkişaf edəcəklər. İmam Zamanın zühuruna qədər küfrün kökünü yer üzündən kəsəcəklər"

Aləmarayi-Şah İsmayıl Səfəvi, s: 14

https://yangx.top/azerbaycan_tarixi_telegram