Mərhum Əli Kurani izah edir:
"Şah İsmayılın atası Seyid Heydər, öz ordusu və tərəfdarları üçün şiə baş örtüyünün (Qızılbaş başlığının) tətbiqi ilə ağıllı bir yenilik və mənəvi səfərbərlik həyata keçirmişdir. Bu, onların Əhli-beytə bağlılığını və məqsədləri uğrunda mübarizələrini simvolizə edirdi. Baş örtüyünün geniş yayılması İranda, xüsusilə türk tayfaları arasında şiəliyin sürətli yayılmasının göstəricisi idi."
Mərhum Əli Kurani, Şiələr monqol istilasına necə cavab verdilər, Cild 1, səh, 235
#tarix #Şahİsmayıl
Azərbaycan Tarixinin Bilinməyənləri

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Danışmağa başlayanda elə bildim ki, Türkiyədən dəvət olunmuş qonaqdır...
Elədiyi iddiaya çox cavab vermək olar. Amma mən istəyirəm başqa cavab deyim. Bu iddia Fazil Mustafaya yox, İlham Əliyevə məxsusdur. İlk dəfə rəsmi tribunadan bu sözü İlham Əliyev dilə gətirib. Sadəcə ona irad edə bilmirlər deyə ibni Qəzənfərə cavab verirlər.
Məsələdən ümumiyyətlə xəbəri olmayanlar üçün isə deyim ki, Azərbaycanın ilk bayrağı indiki Türkiyə bayrağı olub. Sadəcə NBM-də "şlaqbaum" qaldırıb salan işləyən Tomsonun xoşuna gəlmədiyi üçün bu bayraq dəyişdirilib...
Bir ölkənin bayrağını dəyişən şəxs başqa ölkənin hərbi hissəsində dayanan qapıçıdırsa, buna ölkə yox layihə, ingilis ağaların təbirincə "project" deyirlər.
#ana_dili

Ayaz Salayevin haqlılığı
Dünən ya srağagün Ayaz Salayev bir verilişdə deyir ki, türk dili rus dilindən daha təhlükəlidir bizim üçün. İnsanlar da onu russevər, türkofob filan çıxarıblar. Halbuki dediyi məsələdə tam haqlıdır. Rus dilinin nə sözləri Azərbaycan dilinə yaxındır, nə də cümlə quruluşu. Halbuki Türkiyə türkcəsinin Azərbaycan türkcəsi ilə lüğəti də yaxındır, cümlə quruluşu da. Bu cür yaxınlıq olanda istər-istəməz dominant olan dil digərinə təsir edir və onu, Əli Novruzov demiş, nəfis Əcəm türkcəsindən uzaqlaşdıraraq Bizans türkcəsi edir. Həm xarici bir qüvvə ilə üz-üzə olanda insanlar daha mühafizəkar refleks göstərib öz dillərini qorumağa çalışırlar, amma dil oxşar olduğu zaman bu barədə düşünmürlər və getdikcə əcaib bir şey ortaya çıxır.
© Hacı Səfərov
https://yangx.top/azerbaycan_tarixi_telegram

Böyük Yalan
Ölkəmizdə nə qədər "Səfəvilərin əsl varisləri bizik" təbliğatı aparılsa da, bu yalandır. Müasir Türkiyə belə, Anti-Şah İsmayıl təbliğatı ölkəmizdə aparıldığı səviyyədə aparılmayıb. Ziyalı görünümlü əksər kəslər Şah İsmayılı tənqid və iftira atəşinə tutur. Fəxri Uğurlu adlı biri Şah babamız və təşkilatı üçün belə ifadələr işlətmişdir:
"Sufilərin Əlisiylə şiələrin Əlisini qarışıq salmaq olmaz. Sufilərin Həzrət Əliyə münasibəti təqribən xristianların İsaya münasibəti kimidir."
Bu başqa bir üsuldur. Şah İsmayılın şiə kimliyini aradan aparmağın mümkün olmadığını gördükdə onun sufi məsləkliyindən istifadə edib, onu gözdən salmağa, onu şəriəti danan, əsl İslamın yerinə fərqli bir məzhəb gətirməyə çalışan biri kimi tanıdırlar. Əlbəttə bunun əsl səbəbi siyasi məslələrdir. Müasir İran Səfəviləri özünə varis sayır. Çünki keçən əsrin 70-ci illərində baş verən İslam inqilabında Şah İsmayıl qiyamının böyük rolu var. Amma Sekulyar sistemdəki Azərbaycan höküməti İran ilə apardığı media mübarizəsində çalışırki, Şah babamıza Şəriətdən uzaq bir sufi imajı yaratsınlar. Beləliklə Şah İsmayıl Sekulyar tayfanın əlində qalsın. Amma Şah İsmayıla bu ləkələr yapışmaz. Gəlin həqiqəti siyasi atmosfer altında yazılmış yazılardan deyil mənbələr vasitəsilə öyrənək:
Səfəvi Təriqətini digər Sufi təriqətindən fərqləndirən ən böyük xüsusiyyət onların Şəriəti bərpa etməyə çalışmalarıdır. Böyük alim Şeyx Bahai və Şeyx Bəhrani (r.ə) Şeyx Səfiəddin Ərdəbili üçün bu sözləri demişlər: "O, böyük şəriət alimlərindən, həqiqi böyük yolun (şiəliyin) şeyxlərindən və İmam Museyi-Kazım nəslinin ən hörmətli alimlərindən idi".
Ərdəbil üzrə Vəliyyi-fəqihin nümayəndəsi Seyyid Həsən Amuli Şah Təhmasib höküməti dövründə ölkənin şəriət pərvərliyindən, günah və fəsadın azlığından belə danışır: "Səfəvi höküməti Vilayəti-Fəqihi yetişdirdi. Mühəqqiq Kərəki gəldi. İrandan fitnə-fəsadı yığışdırdı. İndiyə qədər İrandan fəsadı elə yığışdıran hökümət olmayıb".
Birinci yazımızın sonuncu sitatını Şah İsmayıl əl-Musəvidən gətirək: "Həqiqət budur ki, bizim pak şəriətin va hidayət imamlarının haqq mazhabinin qanunlarımın icrasından, Mustafa və Murtazanın parlaq təriqətini yaymaqdan başqa bir niyyətimiz yoxdur"
Ardı var...

Media is too big
VIEW IN TELEGRAM
Atatürk niyə İsrail və Ermənistanda sevilir?
https://youtube.com/shorts/3b4bvafRURk?si=4_gKPl2A6IvOxHX1

Forwarded from Simurq (𝒪𝓇𝓍𝒶𝓃 𝑀ə𝓂𝓂ə𝒹𝑜𝓋)
Həmdanilər.pdf
578.6 KB
Azərbaycan Araşdırma Mərkəzinin yeni məhsulu
Bu balaca kitabçanı hamı mütaliə etsin.
Şiə Həmdanilər dövləti haqqında qısa məlumat.
Bu tarix sizdən gizlədilib.
Gənc araşdırmaçımız Əli Deyləm bu materialı hazırlayıb sizə təqdim edir.
Simurqa abunə olun

Mərhum Şeyx Əli Kurani "Ələvi şiəsi və Səfəvi Şiəsi" tezisi barəsində belə fikirlər səsləndirir:
"Bəziləri bu aldadıcı şüarlara inanıb: Ələvi şiəliyi və Səfəvi Şiəliyi!.
Onlar bunu belə şərh edir: "Ələvi şiəliyi qiyamı olan bir İslam, Səfəvi şiəliyi isə itaətə çağıran bir dindir."
Bu tezis şiələri xəyali siniflərə bölmək üçün ümidsiz bir cəhddir ki, onların təsirinə düşəcək insanlar tapsınlar. Ağla batandırmı? Allah bir din gətirsin, qiyam etməyi və batili aradan aparmağı əmr etsin amma yerinə heç nə verməsin."
Şeyx Orxan Məmmədov: "Ələvi şiəsi və Səfəvi şiəsi" bölgüsü qorxuludur. Və düzgün deyil. Bütün bu şiələr tarixin müxtəlif zamanlarında, müxtəlif şəraitlərdə kəm-kəsirləri ilə üzə çıxmış vahid xəttdir."

"Sacilərin Azərbaycanın türkləşməsində nə dərəcədə rol oynadığını müəyyən etmək çətindir. Lakin onlar bölgəyə gələndə burada böyük türk əhalisinin olmadığı məlumdur"
Eyüp Baş - İslam Tarixi Kitabı, səh: 580
https://yangx.top/azerbaycan_tarixi_telegram
Eyüp Baş - İslam Tarixi Kitabı, səh: 580
https://yangx.top/azerbaycan_tarixi_telegram
İstiklal Marşının Ceride-i Resmiye'de (Rəsmi Qəzet) ilk yayını, 21 Mart 1921
https://yangx.top/azerbaycan_tarixi_telegram
https://yangx.top/azerbaycan_tarixi_telegram
Rəhbəri-əzəm buyurur: "Səfəvi şahları bizim üçün qürur mənbəyidir – bilirsiniz ki, biz Səfəvi şahlarına dəyər veririk və hörmət edirik; Çünki onlar Əhli-beyt məktəbinə tabe olub, İranın istiqlaliyyətini, ərazi bütövlüyünü qoruyub saxlayıblar – amma görürsən, elə həmin Şah Abbas, görkəmli şəxsiyyətlərdən biri, sırf istibdad ucbatından nə qədər zülmlər edib. (Amma) Şah İsmayılla Şah Təhmasibin hesabı fərqlidir."
https://farsi.khamenei.ir/newspart-index?tid=5097
https://farsi.khamenei.ir/newspart-index?tid=5096
https://yangx.top/azerbaycan_tarixi_telegram
https://farsi.khamenei.ir/newspart-index?tid=5097
https://farsi.khamenei.ir/newspart-index?tid=5096
https://yangx.top/azerbaycan_tarixi_telegram
İmam Xamenei Ərdəbilin İslam İnqilabından öncəki vəziyyəti haqqında belə buyurur:
"Əlbəttə onuda deyim ki, Qacar və Pəhləvi hökumətləri dövründə Səfəvilərə nifrət bəslənilirdi və onlar Səfəvilərin tam əksinə olaraq Ərdəbilə ümumiyyətlə diqqət yetirmirdilər. Qacarlar, sonralar isə Pəhləvilər bu uzaq sərhəd nöqtəsinə heç bir məhəl qoymadılar.
Ona görə də həm kənd təsərrüfatı, həm sənaye potensialı, həm də sağlam xarici ticarət imkanlarına malik olan bu şəhər indiyə kimi kasıb və məhrum şəhərlərdən biri sayılır.
Niyə? Çünki Səfəvilərdən sonra hakimiyyətə gələn bəzi hökmdarlar bu bölgədən, bu insanlardan və o dövrün Ərdəbildə olan qızılbaş tayfalarından qisas almaq istəyirdilər"
Qeyd: Fotolar Ərdəbilin İnqilab öncəsi vəziyyətini göstərir.
1. Foto Şeyx Cəbrayılın
2. Foto isə oğlu Şeyx Səfinin məqbərəsidir

İmam Xameneinin Şeyx Səfiəddin Ishaq haqqında düşüncələri
"Şeyx Səfiəddin Ərdəbilinin özü, bəzilərinin iddia etdiyi kimi sufi deyildi. O, bir alim, arif, təfsirçi və hədisçi idi. Mərhum Əllamə Məclisinin qeyd etdiyi kimi, Şeyx Səfiəddin Ərdəbili fiqh alimləri və eyni zamanda arif olan Seyid İbn Tavus və İbn Fəhd Hilli kimi şəxslərin sıralarında yer almışdır. O, Əllamə Hilli ilə birlikdə şiə məzhəbinin dəyərlərini, fiqhini və fiqhin dəlillərinin elmi hövzələrdə dərs olaraq keçirilməsini ərsəyə gətirmişdilər. Övladlarının çoxu mücahid ariflər idi; Ona görə də Ərdəbilin “Hidayət şəhəri” olduğunu deyiblər."
İmam Seyyid Əli Xameneinin 24 İyul 2000-ci ildəki çıxışı

Forwarded from Post Bot
Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.
@toplu_admini
@toplu_admini