Azərbaycan Tarixi
4.5K subscribers
866 photos
191 videos
61 files
1.16K links
Saxta tarixə yox deyək!
加入频道
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir ara böyük bir strateji səhvə yol verildi, daha sonra səhv etdiklərini anladılar və dayandılar

Şah İsmayılı özünkiləşdirmək siyasəti

Bildiyiniz kimi Britaniya öz layihə ölkələrində bütün xalqı özünə onun hədəfləri yolunda ölümə getməsi üçün əsgər kimi yetişdirir. Misal üçün Ukrayna. Onlar üçün milli kimlik tərifi verir, tarixi saxta kimlik düzəldir. Bu, təbii ki, uzun illər çəkir. Siz artıq heç bir ukraynalıya isbat edə bilməzsiz ki, sən russan. Onlar üçün yeni bir tarix, yeni bir kimlik düzəldib anqlo-sakslar. Belə layihə ölkələrin xalqını bir millət kimi birləşdirirlər ki, öz rəqiblərinin qarşısında milyonluq, on milyonluq ordular düzəldə bilsinlər. Rəqib saydıqları ölkələrdə isə əksini edirlər. Onları vahid millət anlayışından ayırmağa çalışırlar. Azərbaycan da bu layihə ölkələrdəndir. Xalqı vahid bir azərbaycanlı kimliyi ilə birləşdirirlər ki, İran qarşısında on milyonluq bir ordu düzəldə bilsinlər. Bunun üçün təbii ki, o xalqa saxta tarix, saxta kimlik tərifi verməlisən. Anqlo-sakslar niyə görə İranın min illik zorxana idmanını, bütün əsərlərini farsca yazan Nizamisini Azərbaycana "verirlər"? Çünki tərbiyə etdikləri xalq üçün tarix, kimlik tərif etməlidirlər-yalan ya doğru fərq etməz. Bunlar içində ən böyük səhvləri Şah İsmayıl oldu. Bir ara yandaş media var gücü ilə Şah İsmayılı azərbaycanlılaşdırmaq istədi. Birdən dayanıb gördülər ki, bu, onların zərərlərinədir, dayandılar. Çünki hara fırlatsan Şah İsmayılda şiə kimliyi daha çox qabarıqdır. İndi keçiblər şiə kimliyi qabarıq olmayan Atabəylərə filan. Film çəkirlər, güclü təbliğ aparırlar.

Baxın, Allahın işləri belədir. Siz çalışdız, çalışmadız, Allah haqqı hətta öz düşməninin dili ilə deyəcək və höccəti tamam edəcək. Çalışsaz, Allahın bu işlərindən pay sahibi olarsız, çalışmasaz binəsib...

#tarix
Britaniyanın Azərbaycan valisi Məhəmməd Əmin Rəsulzadə ikinci dünya müharibəsində almanlarla əlaqəyə keçir, ona radioda Azərbaycan xalqına səslənmək imkanları yaradılır ki, almanlara qoşulsunlar. Rəsulzadə bir qism əsir düşən azərbaycanlılardan ibarət dəstələri Sovet ordusundakı azərbaycanlılara qarşı döyüşdürməyə nail olsa da, müharibənin gedişatı ümumulikdə almanların zərərinə olduğu üçün onu işdən qovurlar. Ortada qalan Rəsulzadə bu dəfə qarşı tərəfin ittifaq qüvvələrinə qoşulur...

Əsrimizin Siyavuşu əsərinin bu səhifələrindəki növbəti maraqlı nöqtə isə cuhud massonların Azərbaycan xalqına qarşı mübarizə aparmasıdır.

#tarix
İlk dəfə İran casusu kimi həbs edilib edam edilən azərbaycanlı

Azərbaycan səhnəsinin ən görkəmli nümayəndələrindən biri Abbas Mirzə Şərifzadənin NKVD zirzəmisində işgəncələrdən sonra İran kəşfiyyatına işlədiyini etiraf etməyə məcbur edilir. 1938-ci il Noyabrın 16-da güllələnir. Onun dəfn edildiyi yer və ümumiyyətlə dəfn edilib-edilməməsi məlum deyil.

“Eurovision-2011” müsabiqəsində qalib gələn Eldar Qasımov Abbas Mirzə qızı Firəngiz Şərifovanın nəvəsidir.

Azərbaycanda İrana qarşı təbliğat propaqandası əzəldən yalan, şər və böhtan üzərində qurulub

Bu səri-çeşmə əzəldən bulanıb ey qafil
Gör kimə tabe olursuz, sizə mövla kim idi...

#tarix
#xalqdan_gizlədilən_həqiqətlər
Azərbaycan Tarixi
Photo
Keçmişəm Sərimdən, qorxmam ölümdən

Şah İsmayıl digər hökmdarlardan fərqli olaraq dünyəvi amallar üçün deyil, ilahi hökümət qurmaq məqsədilə mübarizə aparan bir şəxsiyyət idi. Şah, bu misrada bizə çıxdığı yolda başından keçməyə hazır olduğunu və ölümdən əsla qorxadığını, ömrünün axırına qədər haqq bildiyi yolda hərəkət edəcəyini deyir. Ölümdən qorxmayaraq ilahi hakimiyyət üçün mübarizə aparması həqiqəti onu bu dünyada hafizələrdən asanlıqla silinməyəcək bir şəxsiyyətə çevirmişdir.

Münkir bilməz övliyanın halindən

Bu misrada isə o, özünü ilahi övliyalarla müqayisə edir. Övliya ərəb sözü olub, həyatını Allah yolunda sərf edərək ona yaxınlaşmağa çalışan və Allah dostu hesab olunan şəxs deməkdir. Burada 24 illik mübarizəsini xülasə edərək, özünü Allah yolunda həyatını qurban verən biri kimi təsvir etməklə bərabər Allaha uzaq olanın onu anlamayacağını bizə bildirir.

Yezid oğlu münkirin əlindən çox dəmdir didardan qaldım, ərənlər

Son misrada isə tərəfdarlarına çox əvvəldən bir düşmənin əli ilə şəhid olmaq istədiyini və bu vaxta qədər Allahla, yəni qəlbinin məşuqu ilə görüşə bilmədiyi üçün narahatçılıq yaşadığını vurğulayır. Şəhidlik arzusu ilə döyüşlərdə ön cərgədə vuruşmuşdu və onu bu qorxmaz ruhuna söykənən cəsarəti düşmənin qorxusuna səbəb olmuşdu. Qızılbaşlar öz rəhbərlərinin bu şücaətinə heyran qalmış və onunla birgə döyüşlərdə unudulmaz cəsarət, qəhrəmanlıq göstərmişlər.

Şah İsmayılın hələ bilinməyən çox tərəfləri vardır.

#tarix #Şahİsmayıl

Azərbaycan Tarixi
Media is too big
VIEW IN TELEGRAM
Nöqtələr;

1-Turan ideologiyasının yaradıcısı cuhuddur

2-Həmin cuhud Britaniya casusu olub, deməli bu ideologiyanın sponsoru Britaniyadır

3-Cuhudlar İslam ümməti içində özləri olduqları kimi yox, bəzən dindar da göstərə bilirlər

Başqa hansı nöqtələrə diqqət elədiz?

#tarix
#xalqdan_gizlədilən_həqiqətlər
Azərbaycan Xalq Cumhuriyyəti hökümətinin nazirlər şurası sədri Fətəli Xan Xoyski 1920-ci ildə Gürcüstanda küçədə sui-qəsd nəticəsində öldürülüb. Onun sahibsiz bədənini "milyard ildir bizə düşmən olan İran adlanan yerin" Gürcüstandakı səfirliyi müsəlman qaydalarına uyğun formada dəfn edib.

Xatırladım ki, insan övladı yaranmamışdan əvvəl bizə düşmən olan İran, Bakıda həmin ərəfədə törədilən qətliam zamanı meyidi küçələrdə qalan minlərlə azərbaycanlını yuyub, kəfənləyib, dəfn edib. Qətliam qurtarandan 6 ay sonra Türkiyə hökuməti ordu göndərərək sahibsiz və məhv olmuş Azərbaycanı işğal edib. Nuri Paşanın Bakıdan Türkiyəyə vurduğu teleqramın mətni bu cümlədən ibarət idi; Bakü işgal edilmiştir.

Daha sonra Türkiyə hökuməti Azərbaycana Britaniyanın Hindistandakı ordusunu gətirir. Hindistandan gələn yüzlərlə hind əsgər Azərbaycanda qaldıqları 2 il ərzində günlərini onlar üçün açılmış və azərbaycanlı qadınların fahişə kimi işlədildiyi əxlaqsızlıq yuvalarında keçirdi. Azərbaycanın müsəlman xalqının tarixində ilk dəfə idi ki, ölkə ərazisində rəsmi fahişəxana açılırdı.

Dönərçilər daha sonra Britaniya ilə bolşeviklərin razılaşması əsasında Azərbaycan Xalq Cumhuriyyətinə ölkəni bolşeviklərə təslim etmələri üçün bir neçə saat vaxt verdilər. Bolşeviklər Azərbaycana daxil oldular və bolşeviklərin ordusunun önündə yenə də dönərçi paşalar gəlirdi. Onlar ölkəmizi 70 il davam edəcək işğala təslim etdilər və buna görə bolşeviklərdən qızıl sikkələr aldılar.

Nə qədər məzlumsan Azərbaycan...

#tarix
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Maraqlıdır ki, bu gün şiələri xain kimi göstərməyə çalışan vəhhabi, ateist, pantürklər bu videoda niyə yoxdular? Niyə bu xalqın çətin günündən ancaq şiələr öndə olur?

#şiə_kimliyi
#tarix
Mərhum Əli Kurani izah edir:

"Şah İsmayılın atası Seyid Heydər, öz ordusu və tərəfdarları üçün şiə baş örtüyünün (Qızılbaş başlığının) tətbiqi ilə ağıllı bir yenilik və mənəvi səfərbərlik həyata keçirmişdir. Bu, onların Əhli-beytə bağlılığını və məqsədləri uğrunda mübarizələrini simvolizə edirdi. Baş örtüyünün geniş yayılması İranda, xüsusilə türk tayfaları arasında şiəliyin sürətli yayılmasının göstəricisi idi."


Mərhum Əli Kurani, Şiələr monqol istilasına necə cavab verdilər, Cild 1, səh, 235

#tarix #Şahİsmayıl

Azərbaycan Tarixinin Bilinməyənləri