Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
28.7K subscribers
20K photos
2.29K videos
3 files
4.91K links
加入频道
#Tarixdəbugün 🇦🇿

12 Mart – Daxili Qoşunlar Günüdür 🇦🇿
1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətini təbrik edir, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!

#AzərbaycanOrdusu 🇦🇿
#AliBaşKomandan
#MüdafiəNazirliyi
#DaxiliİşlərNazirliyi
#DaxiliQoşunlarGünü
#12Mart
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV: Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.

#Azərbaycan 🇦🇿
#Qarabağ
#AliBaşKomandan
#Euronews
#MüdafiəNazirliyi
#Tarixdəbugün 🇦🇿

16 Mart - Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günüdür.

Bu münasibətlə Agentliyin şəxsi heyətini təbrik edir, çətin və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayırıq!
Peşə bayramınız mübarək!

#Azərbaycan 🇦🇿
#AliBaşKomandan
#SOMDA
#PeşəBayramı
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir.
#Azərbaycan 🇦🇿
#AliBaşKomandan
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq. Bildiyiniz kimi, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi, çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdi. Bizə qarşı soyqırımı törədilmişdi. Xalqımız böyük əzab-əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq.

#Azərbaycan 🇦🇿
#AliBaşKomandan
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
#Tarixdəbugün 🇦🇿

Aprel döyüşləri – Böyük Zəfərin başlanğıcıdır!
Bu gün Azərbaycan Ordusunun parlaq tarixi Qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür.
Vətən uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və ehtiramla anırıq!

#Apreldöyüşləri
#AliBaşKomandan
#Azərbaycan
#MüdafiəNazirliyi
#QarabağAzərbaycandır!
#AprelZəfəri