Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
30.4K subscribers
19.2K photos
2.18K videos
3 files
4.7K links
加入频道
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən söhbət açıblar.
İşğaldan azad edilmiş, eləcə də digər ərazilərdə dislokasiya olunmuş hərbi hissələrdə milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətin döyüş ruhunun və vətənpərvərlik hissinin daha da artırılması məqsədilə keçirilən tədbirlərdə dövlətimizin başçısının və müdafiə nazirinin təbrikləri şəxsi heyətə çatdırılıb.
Keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyətinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub. Xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Tədbirlər çərçivəsində, həmçinin şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.
Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə üzvlərinin yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.

https://mod.gov.az/az/news/azerbaycan-ordusunda-novruz-bayrami-munasibetile-silsile-tedbirler-kecirilib-video-54248.html
Gorus və Basarkeşər istiqamətlərindən mövqelərimiz atəşə tutulub

Martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

https://mod.gov.az/az/news/gorus-ve-basarkeser-istiqametlerinden-movqelerimiz-atese-tutulub-54251.html
____

Позиции Азербайджанской Армии подверглись обстрелу с Горисского и Басаркечярского направлений

20 марта с 12:30 до 15:15 подразделения вооруженных сил Армении с позиций, расположенных в направлениях населённых пунктов Ханазах Горисского района и Зяркенд Басаркечярского района, с перерывами подвергали обстрелу из стрелкового оружия позиции Азербайджанской Армии.

https://mod.gov.az/ru/news/pozicii-azerbajdzhanskoj-armii-podverglis-obstrelu-s-gorisskogo-i-basarkechyarskogo-napravlenij-54252.html
Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

https://mod.gov.az/az/news/gece-erzinde-azerbaycan-ordusunun-movqeleri-muxtelif-istiqametlerden-atese-tutulub-54258.html
____

За ночь позиции Азербайджанской Армии подвергались обстрелам с различных направлений

В ночь с 20 на 21 марта подразделения вооруженных сил Армении с Горисского, Басаркечярского и Чямбярякского направлений несколько раз подвергали обстрелам из стрелкового оружия позиции Азербайджанской Армии.

https://mod.gov.az/ru/news/za-noch-pozicii-azerbajdzhanskoj-armii-podvergalis-obstrelam-s-razlichnyh-napravlenij-54259.html
Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatı

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Rüstəm Ruslan oğlunun nəşləri aşkar edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdir.

https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-ve-fovqelade-hallar-nazirliyinin-birge-melumati-54274.html
____

Совместное сообщение Министерства обороны и Министерства по чрезвычайным ситуациям

Обнаружены тела военнослужащих Азербайджанской Армии — солдата Иманова Али Тариэль оглу и солдата Гамидова Рустамa Руслан оглу, попавших под снежную лавину в туманных погодных условиях, возвращаясь с места службы, расположенного на территории Гедабейского района.
Руководство Министерства обороны выражает глубокие соболезнования семьям и близким военнослужащих, скончавшихся при исполнении служебных обязанностей.
Аллах ряхмят элясин!
Отметим, что в целях обнаружения наших военнослужащих, попавших под снежную лавину, к совместным поисково-спасательным мероприятиям в высокогорной и труднопроходимой местности, несмотря на неблагоприятные погодные условия, были привлечены соответствующие подразделения Азербайджанской Армии, специальная техника, силы и средства Министерства по чрезвычайным ситуациям и компании-подрядчика Государственного агентства автомобильных дорог Азербайджана.

https://mod.gov.az/ru/news/sovmestnoe-soobshenie-ministerstva-oborony-i-ministerstva-po-chrezvychajnym-situaciyam-54275.html