ВИТАЛИЙ АРЬКОВ
202 subscribers
152 photos
22 videos
4 files
558 links
Тот самый Арьков. Тот самый PolitRUS.
加入频道
Пора уже браться за изучение азербайджанского языка и раздавать комментарии на нем. Для телеканала Space и не только)))
По предложению уважаемого Zahid Nureliyev рассказал для телеканала SPACE о возможном исходе парламентских выборов в Армении.
Интересно был также узнать о мнении по данному вопросу уважаемого коллеги Олега Кузнецова.
Forwarded from PolitRUS
🇦🇿🇦🇲 Noyabrın 30-da #Azərbaycan#Ermənistan delimitasiya komissiyalarının nümayəndələri iki ölkə arasındakı şərti sərhəddə görüş keçirəcəklər. Düzdür, bu, Azərbaycanın israr etdiyi, Ermənistanın isə imtina etdiyi sülh müqaviləsinin imzalanması prosesinin tezliklə başa çatması üçün ikitərəfli əsasda olan həmin o format deyil.

Niyə birbaşa ikitərəfli danışıqların, məsələn, Tbilisidə və ya başqa yerlərdə təşkil olunması fikrini Ermənistan qəbul etmir? #PolitRUS informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali ARKOV Oxu.Az-a vəziyyəti belə şərh edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from PolitRUS
🇷🇺🇦🇿🇦🇲 «#Azərbaycan#Ermənistan arasında ikitərəfli təmaslar sülhün və mehriban qonşuluğun bərpasına töhfə verdiyi üçün diqqətəlayiqdir. Bu, #Rusiyada müsbət qarşılanır, çünki ölkəmiz Cənubi Qafqazda sülhün bərpasında, qardaş Azərbaycan və erməni xalqlarımızın qarşıdurmadan əməkdaşlığa və dostluğa keçməsində həqiqətən maraqlıdır».

Bu fikirləri Bizim.Media-ya açıqlamasında #PolitRUS informasiya-analitik portalının rəhbəri, politoloq Vitali ARKOV deyib. Normallaşma prosesinə Rusiyanın açıq dəstək verdiyinə diqqət çəkən politoloq, Moskvanın digər oyunçulardan fərqli olaraq, sülhdə maraqlı olduğunu deyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Ermənistanın baş naziri vəzifəsini tutan Nikol Paşinyan müstəqil siyasətçi deyil. Ümumiyyətlə, o, heç vaxt bu keyfiyyətə malik olmayıb və bir manipulyatordan digərinə doğru qaçmaqla məşğul olub. Onları isə Ermənistanın və onun xalqının taleyi maraqlandırmır. Bu səbəbdən Paşinyanın “yüngül davranışlı siyasətçi” kimi xarakterizə etmək olar. Rusiya lideri Vladimir Putinin sərt təbiri ilə desək, onu aşağı sosial məsuliyyətli personaj adlandırmaq mümkündür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov Ermənistanın baş naziri Nikol Paşinyanın France 24 telekanalına müsahibəsində son təxribat xarakterli bəyanatlarını şərh edərkən deyib. #Ermənistan lideri xüsusi olaraq bildirib ki, hazırda Ermənistanla #Azərbaycan arasında sülh “ağlasığmazdır”.
Forwarded from PolitRUS
💬 Məsələ ilə bağlı fikirlərini bölüşən ru¬siyalı politoloq, #PolitRUS ekspert-ana¬litik şəbəkəsinin yaradıcısı Vitali ARKOV hesab edir ki, bu gün Qarabağda qalan ermə¬ni millətindən olan sakinlərin təhlükəsiz ya¬şaması rəsmi Bakının insanlara milliyyətinə görə ayrı-seçkilik nümayiş etdirməməsinin bariz sübutudur.

Onun sözlərinə görə, Qara¬bağın erməni əhalisinin Ermənistana və digər ölkələrə kütləvi köçü Azərbaycanın öz suve¬ren ərazisi üzərində tam nəzarəti bərpa et¬məsinin nəticələri ilə bağlı tamamilə əsassız qorxulardan irəli gəlirdi:

«Qarabağdakı dinc ermənilər üçün heç bir təhlükə yox idi. Ək¬sinə, #Azərbaycan hakimiyyətinin yaxın gələ¬cəkdə #Qarabağ bölgəsinin kommunal, yol və sosial infrastrukturunun bərpası istiqamətin¬də həyata keçəcəyi genişmiqyaslı işlər nəti¬cəsində onların həyat keyfiyyəti nəzərəçarpa¬caq dərəcədə yaxşılaşacaqdı. Onların həyatı #Ermənistanın əksər ərazilərindəki şəraitdən daha komfortlu olacaqdı».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from PolitRUS
🇦🇿🇦🇲 #Azərbaycan rəhbərliyi və şəxsən İlham ƏLIYEV qonşu Ermənistana dəfələrlə dostluq əlini uzadıb, müəyyən fikir ayrılıqlarını unudub, ciddi güzəştlərə gedib.

Bu sözləri Axar.az -a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, #PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali ARKOV deyib.

«Belə bir qonşunu təqdir etmək və qiymətləndirmək lazımdır. Təəssüf ki, #Ermənistan rəhbərliyi bunu anlamır və ya özünü elə aparır ki, başa düşmür.

Nikol PAŞINYAN
#COP29-da iştirakdan imtina edərsə, bu, təkcə onun Qərbdəki destruktiv qüvvələrdən tam asılılığının sübutu olmayacaq, həm də Ermənistanı və onun xalqını son nəticədə layiqli gələcəkdən məhrum edən siyasi intuisiya çatışmazlığını isbat edəcək.

PAŞINYAN uzaqgörən olsa, o, Azərbaycanın dəvətini nəinki minnətdarlıqla qəbul edərdi, həm də Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərini Bakıya göndərərdi və İrəvanda da
Azərbaycan diplomatlarını qəbul edərdi».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Rusiya İstintaq Komitəsi və ya Daxili İşlər Nazirliyi bu xarakterli fikirdə milli ədavətin qızışdırılması əlamətləri və ya Rusiya qanunvericiliyinin pozulması ilə bağlı digər faktlar aşkar edərsə, cinayət işi başlanacaq.

Bunu Avrasiya.net-ə rusiyalı ekspert Vitali ARKOV ictimai fəal Sergey MANTSAYEVIN Bakıda #Rossotrudniçestvo nun bağlanmasına cavab olaraq bütün #Azərbaycan vətəndaşlarının Rusiyadan deportasiya edilməsi təklifinə münasibətində deyib.

O, qeyd edib ki, hər bir cəmiyyətdə, ölkədə qalmaqallı açıqlamalar verərək, səs-küylü hadisələrdə özünü tanıtmaqdan çəkinməyən personajlar var. İndi demək dəbdə olduğu kimi. Bunlar müxtəlif növ bloggerlər, şou-biznes nümayəndələri və hətta məsuliyyətsiz siyasətçilərdir