Azərbaycan Tarixi
4.5K subscribers
866 photos
191 videos
61 files
1.16K links
Saxta tarixə yox deyək!
加入频道
Media is too big
VIEW IN TELEGRAM
Mərhum Ziya Bünyadov yazır ki, Atabəylər dövlətində fars dili o qədər inkişaf etmişdi ki, bütün saray şairləri, elm xadimləri farsca danışır, yazır-yaradırdı. Həmçinin Ziya Bünyadov əlavə edir ki, fars dilinin tarixi boyu belə inkişafı az görülmüşdü və bu işdə indiki Azərbaycan ərazisində yaşayan xalq ən böyük töhfəni verən xalq idi. Rəsmi dili farsca olan Atabəylər barədə AZTV çəkdiyi serialda baş rolda oynayan şəxsin qışqıraraq "Bütöv Azərbaycan uğrunda" dediyini səhnələşdirib. O dövrdə Bütöv Azərbaycan, ya ümumiyyətlə Azərbaycan adlı dövlət var idi, ya yox idi, bu ayrı mövzudur, əsas məsələ odur ki, bu söz deyilibsə belə farsca deyilib. Gərək səhnəni belə çəkərdilər [hədəfe ma Azerbaycane bozorge]...

Bir sual da budur ki, 1136-cı ildə hədəf Azərbaycan olubsa, dövlətin adı niyə Azərbaycan olmayıb?

Həmçinin niyə "Bütöv Azərbaycançı" atabəylər Nizami Gəncəviyə Xəmsəni farsca yazmağı sifariş etmişdilər?

Bu yazdıqlarımız səthi qeydlərdir. Əsl zərbələr film yayımlandıqdan sonra endiriləcək!

Azərbaycan Tarixi
"Ey Tusda yatan həkim! Ey məkanı Firdovs (cənnət) olan şair, qalx, qalx ayağa, vətəninə bir nəzər elə, sevin, şadü xürrəm ol, gör tazədən nə qədər şəhnamələr yazmaq lazımdır. Gör Tehran küçələrində şəhid olan yeni Səyavuşların qanlarından nə qədər gözəl lətif güllər, çiçəklər bitməkdədir!.."

"Həyat”, 1906, №173 Seçilmiş Əsərləri - Əli Bəy Hüseynzadə, s, 146-7

Əli bəy Hüseynzadənin “Həyat” qəzetində dərc edilən təbrik mesajı, təkcə Məşrutə inqilabının qələbəsinə verilən təbrik deyil, həm də Firdovsi və onun əsərlərinə böyük hörmət bəsləməklə, İran mədəniyyətini və onun məntəqədəki yerini vurğulayır. Əli bəy Hüseynzadə və onun kimi Türkçülüyün ilkin dövr rəhbər və tərəfdarları, İranı və onun irsini Azərbaycanın ayrılmaz bir hissəsi olaraq qəbul edirlər.

Türkçülüyün ilk formalaşdığı dövrlərdə, Firdovsi kimi İranın böyük ədiblərini, həmçinin İslam dünyasının mədəniyyət və düşüncə liderlərini ümumi bir irsin daşıyıcısı kimi qəbul edir və bu irsi sahiblənirdilər.

Bu, bir tərəfdən İran mədəniyyətinə verilən dərin hörmət, digər tərəfdən isə bu mədəniyyətin türkçülüyün dünyagörüşü daxilində qəbul edildiyini əks etdirir. Müasir türkçülükdə isə, bu cür geniş baxışlar əvəzinə, İran mədəniyyəti və onun tarixi mirası ilə daha sərt və inkarçı yanaşma müşahidə olunur. Müasir dövrdə bəzi türkçü cərəyanlar, İran mədəniyyətini rəqib mədəniyyət olaraq qəbul edirlər. Bu yanaşma, milli kimliyimizi anlamamaqdan qaynaqlanır.

Azərbaycan Tarixi
Forwarded from PDF Kitabxana
Rasih_Nuri_İleri_Atatürk_ve_Komünizm_Sarmal_Yay_1994_cs.pdf
5.1 MB
Atatürk və Kommunizm

(Rasih Nuri İleri)

Bu kitab tarixi sənəddir. Kitabın 99 və 100-cü səhifələrində türkiyəli tarixçi Atatürkün Azərbaycanı 5 milyona satması haqqında tarixi sənədləri təqdim edib.

T.me/pdf_dini_kitablar
Məkan: Madame Tussauds/ London. 1930-35-ci illər.

Adı çəkilən muzeydə sərgilənən heykəllər arasında bir heykəl diqqətləri cəlb edir. Müsəlman şərqinin ilk laik rəhbəri Atatürkün heykəli iki faşist diktator – İtalyalı Mussolini və Alman Hitler – arasında yerləşdirilmişdir. Atatürk bir zamanlar Sünni İslamın mərkəzi sayılan torpaqları zorla laik sistemə keçirən və bu uğurda xalqının edamlarla qurban getməsinə razı olan bir diktator idi. Bu üç şəxsin arasındakı yeganə fərq Hitler və Mussolini'nin məğlub olaraq bu dünyadan köçməsi, Atatürkün İsə zoraki olaraq özünü ulu öndər adı ilə Türkiyədə saxlamasıdır. Amma hər üç dövlətin ipi bugün hegemon qüvvələrin əlindədir. Bu mənzərə o günlərdə normal qarşılansa da, bu günlərdə isə laik kəslər tərəfindən nifrətlə qarşılanır.

©Foto Tuhaf Tarih adlı səhifədən götürülmüşdür.

Azərbaycan Tarixi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir ara böyük bir strateji səhvə yol verildi, daha sonra səhv etdiklərini anladılar və dayandılar

Şah İsmayılı özünkiləşdirmək siyasəti

Bildiyiniz kimi Britaniya öz layihə ölkələrində bütün xalqı özünə onun hədəfləri yolunda ölümə getməsi üçün əsgər kimi yetişdirir. Misal üçün Ukrayna. Onlar üçün milli kimlik tərifi verir, tarixi saxta kimlik düzəldir. Bu, təbii ki, uzun illər çəkir. Siz artıq heç bir ukraynalıya isbat edə bilməzsiz ki, sən russan. Onlar üçün yeni bir tarix, yeni bir kimlik düzəldib anqlo-sakslar. Belə layihə ölkələrin xalqını bir millət kimi birləşdirirlər ki, öz rəqiblərinin qarşısında milyonluq, on milyonluq ordular düzəldə bilsinlər. Rəqib saydıqları ölkələrdə isə əksini edirlər. Onları vahid millət anlayışından ayırmağa çalışırlar. Azərbaycan da bu layihə ölkələrdəndir. Xalqı vahid bir azərbaycanlı kimliyi ilə birləşdirirlər ki, İran qarşısında on milyonluq bir ordu düzəldə bilsinlər. Bunun üçün təbii ki, o xalqa saxta tarix, saxta kimlik tərifi verməlisən. Anqlo-sakslar niyə görə İranın min illik zorxana idmanını, bütün əsərlərini farsca yazan Nizamisini Azərbaycana "verirlər"? Çünki tərbiyə etdikləri xalq üçün tarix, kimlik tərif etməlidirlər-yalan ya doğru fərq etməz. Bunlar içində ən böyük səhvləri Şah İsmayıl oldu. Bir ara yandaş media var gücü ilə Şah İsmayılı azərbaycanlılaşdırmaq istədi. Birdən dayanıb gördülər ki, bu, onların zərərlərinədir, dayandılar. Çünki hara fırlatsan Şah İsmayılda şiə kimliyi daha çox qabarıqdır. İndi keçiblər şiə kimliyi qabarıq olmayan Atabəylərə filan. Film çəkirlər, güclü təbliğ aparırlar.

Baxın, Allahın işləri belədir. Siz çalışdız, çalışmadız, Allah haqqı hətta öz düşməninin dili ilə deyəcək və höccəti tamam edəcək. Çalışsaz, Allahın bu işlərindən pay sahibi olarsız, çalışmasaz binəsib...

#tarix
13sara.pdf
65.8 MB
Sara xanım Aşurbəyli yazır:

Mardların yaşadığı yeri bildirən Mərdəkan, türklərin məskənini bildirən Türkan, kürdlərin yaşayış yerini bildirən Kürdəxanı etnonimləri açıq şəkildə onu bildirir ki, bu millətlər yarımadanın yad tayfalardan olan əhalisi imişlər və onlar Abşeron ərazisində etnik azlıq olmuşlar.“

(“Bakı şəhərinin tarixi: Orta əsrlər dövrü”, Sara Aşurbəyli. Səh.45 Bakı-2009)

Azərbaycan Tarixi
Media is too big
VIEW IN TELEGRAM
Şah İsmayıl Bizans kralı ilə məktublaşıb iddiasına cavab;

Həmin vaxt Bizans var idimi?!...
Britaniyanın Azərbaycan valisi Məhəmməd Əmin Rəsulzadə ikinci dünya müharibəsində almanlarla əlaqəyə keçir, ona radioda Azərbaycan xalqına səslənmək imkanları yaradılır ki, almanlara qoşulsunlar. Rəsulzadə bir qism əsir düşən azərbaycanlılardan ibarət dəstələri Sovet ordusundakı azərbaycanlılara qarşı döyüşdürməyə nail olsa da, müharibənin gedişatı ümumulikdə almanların zərərinə olduğu üçün onu işdən qovurlar. Ortada qalan Rəsulzadə bu dəfə qarşı tərəfin ittifaq qüvvələrinə qoşulur...

Əsrimizin Siyavuşu əsərinin bu səhifələrindəki növbəti maraqlı nöqtə isə cuhud massonların Azərbaycan xalqına qarşı mübarizə aparmasıdır.

#tarix
İlk dəfə İran casusu kimi həbs edilib edam edilən azərbaycanlı

Azərbaycan səhnəsinin ən görkəmli nümayəndələrindən biri Abbas Mirzə Şərifzadənin NKVD zirzəmisində işgəncələrdən sonra İran kəşfiyyatına işlədiyini etiraf etməyə məcbur edilir. 1938-ci il Noyabrın 16-da güllələnir. Onun dəfn edildiyi yer və ümumiyyətlə dəfn edilib-edilməməsi məlum deyil.

“Eurovision-2011” müsabiqəsində qalib gələn Eldar Qasımov Abbas Mirzə qızı Firəngiz Şərifovanın nəvəsidir.

Azərbaycanda İrana qarşı təbliğat propaqandası əzəldən yalan, şər və böhtan üzərində qurulub

Bu səri-çeşmə əzəldən bulanıb ey qafil
Gör kimə tabe olursuz, sizə mövla kim idi...

#tarix
#xalqdan_gizlədilən_həqiqətlər
Media is too big
VIEW IN TELEGRAM
Yeni Video!!!

Şeyx Rza Əliyev - Gəncə Şəhəri (2-ci hissə)

https://youtu.be/Z89NTjvNp44?si=-c0NI4bTWsPuLO9C
Nasirəddin Şah Qacar və oğlu vəliəhd Müzəffərəddin Mirzə ovdan sonra çadırda dincəlir

Azərbaycan Tarixi
Təbrizdə Ali Qapı binası

Qacarlar dövründə vəliəhdin iqamətgahı olan bu bina Pəhləvilər dövründə dağıdılaraq yerində Azərbaycan Qubernatorluğu binası tikilmişdir.

Azərbaycan Tarixi
Şah Təhmasibin Qəzvində iqamət etdiyi "Kolahe Fərəngi" sarayı

1555-ci il. Amasya sülhünün imzalanmasından sonra paytaxt
Təbrizdən Qəzvinə köçürüldü. Şah Qəzvinin Zəngiabad məntəqəsinin ağsaqqallarından Mirzə Əşrəf Cahandan sarayın yerləşdiyi ərazini almış və bölgəni usta memarlara tapşırmışdı. Bina memarlıq baxımından elə tikilib ki, imarət otaqları yay fəslində sərin olur.

Saray həm Səfəvi dövründə, həm də Qacar dövründə bir çox təmir və əlavələrdən keçmiş olsa da, 1882-ci ilə qədər Şah Təhmasibin iqamətgahı məşhur olmuşdur. İmarətin Qacarlar dövründə valilik binasına çevrilməsi binanın tarixi və mədəni hissələrinin zərər görməsinə səbəb olmuşdur. Saray Bağlar və gözəl gölməçələrə sahib olsada, indi onların bəziləri dağılmış, mərkəzi və Şimal bölgəsindəki gölməçələr qorunub saxlanmışdır.

Binanın demək olar ki, hamısı Səfəvilər və Qacarlar dövrünə aid rəsmlərlə örtülmüşdür. hazırda burada Xəttatlıq muzeyi fəaliyyət göstərir

Azərbaycan Tarixi