Azərbaycan Tarixi
4.5K subscribers
866 photos
191 videos
61 files
1.16K links
Saxta tarixə yox deyək!
加入频道
Media is too big
VIEW IN TELEGRAM
Şəhid Sərdarın Qarabağa Təsiri

Azərbaycan Tarixi
Forwarded from PDF Kitabxana
Qacarlar.pdf
26.9 MB
Azərbaycan Araşdırma Mərkəzi yeni elmi əsərini sizlərə təqdim edir

QACARLAR [Türkmənçay və Gülüstan müqavilələri]

Kitab 2 hissədən ibarətdir; Qacarlar tarixi və Gülüstan-Türkmənçay müqavilələrinin nüsxələri. Kitabda oxucular üçün lazımsız məlumatlara yer verilməmiş, əsərin maksimum həcmcə kiçik olmasına diqqət yetirilmişdir. Bu elmi əsər təkcə tarixçilər üçün deyil, tarix ilə maraqlanmayanlar üçün də maraqlı ola bilər. Çünki əsərdə günümüzün ən aktual mövzularından birinə "İran və Rusiyanın Azərbaycanı bölməsi" mifinə elmi cavab verilmişdir. Həmçinin muzeylərdə qorunub saxlanılan nüsxələrin təqdim edilməsi, tarixi araşdırma aparanlar üçün mühüm mənbə sayıla bilər. Təqdim edəcəyimiz yeni kitabları mütaliə etmək üçün PDF Kitabxana kanalımızı izləmədə qalın.

Xoş mütaliələr...
Xalqımızın Hər Çətinliyindən Sığındığı Ölkə

"Zəngəzurda ermənilər əllidən ziyadə müsəlman kəndini dağıtmışlardır. Ölən və yaralananların hesabı minlərlədir. Andranik beş minədək bir qoşunla üçüncü gündür ki, Zabuxu mühasirə altına almışdır. Bunun qəsdi, Şuşa qalasına yol açmaqdır. Türk komandanı getmişdir. Qəza müdiri bir fəaliyyət göstərmir. Əhali İrana qaçır. Təşkilat yoxdur."

Milli Şura sədri: Cəmil Sultanov


Azərbaycan Qəzeti, 6 dekabr 1918-ci il, nömrǝ 57, səh: 94
Bunu bilirsinizmi?

Şah İsmayılın başçılıq etdiyi cinahın hücumu o qədər güclü və sərt olmuşdur ki, Osmanlı ordusu onların qarşısında ciddi çətinliklərlə üzləşmişdir. Osmanlıların əsas üstünlüyü sayılan top artilleriyası belə, Səfəvilərin qəfil və sarsıdıcı hücumları nəticəsində təsirli istifadə oluna bilməmişdir. Şah İsmayıl düşmənin top zəncirlərini darmadağın edərək bu ağır silahları təsirsiz hala salmış və Osmanlı ordusunun müdafiə gücünü zəiflətmişdi.

Azərbaycan Tarixi
Qacarlar zamanında Səfəvi irsinə hücum o dövrün səciyyələrindən idi. İsfahandakı Nəməkdan İmarəti, Ayine xane, Həft dəst sarayı, Qoldəstə sarayı, Cahannamə Sarayı və s. Nasirəddin Şah Qacar zamanında dağıdılmışdır.

Bu sarayların dağıdılması Səfəvi tarixi irsinə böyük zərbə idi. Səfəvi dövründən qalma gözəl Ayine xane imarətini dağıdıb özləri yenidən eyni adda imarət inşa etmişdilər. Əlavə olaraq Şah İsmayıl, Şeyx Səfi və övladlarının məzarlarının yerləşdiyi Şeyx Səfi məqbərəsi də baxımsız halda saxlanılırdı. Qacarlar bu hərəkəti ilə öz uğursuzluqlarının üstünü örtməyə çalışırdı. Çünki, heç bir Qacar şahında Şah İsmayılın qəhrəmanlığı, Şah Təhmasibin dinpərvərliyi və Şah Abbasın qüdrəti yox idi.

Xalqı zülm altında yaşadır, dinə hörmətsizlik edirdilər. Tarix Qacar şahlarının bacarıqsızlıq və əyyaşlığını bizə göstərir. Şah Abbas, müstəmləkəçiləri ölkədən qovarkən Qacarlar onların təsirləri altında Qafqazın 17 vilayətini və bir çox torpaqları əldən vermişdilər. Böyük Ruhanilər Səfəvi hökümətinə dəstək və hörmət etmişdilərsə Qacar hökümətində bu yox idi. Qacarın son ümidi Əmir Kəbir idi ki, onu da Kaşanda şəhid etdilər.

İnsanların Şah İsmayıla, Şah Təhmasibə o qədər məhəbbəti var idi ki, onları Allah dostları sırasından bilirdilər. Bu, qəddarlığını qüdrət əlaməti sayan Qacar şahlarını həm təəccübləndirib, həm də qəzəbləndirmişdi. Qısaca hökümət işini ya zülm edərək ya da əyyaş olmaqda görən Qacarlar öz qüdrətini dağıntılarla möhkəmləndirməkdə gördü. Lakin Allah onları dağıntılar altında məhv etdi.

Azərbaycan Tarixi
Bozqurd simvoluna Atatürkün baxışı

Cümhuriyyət elanından sonra Türkiyədə gündəm ölkənin simvolunun nə olması məsələsi idi. Millətçi bir qrup "Ergenekon dastanı"-nda bəhs edilən bozqurdun ölkənin simvolu olması tərəfdarı idilər. Təklif Atatürkə getdiyi zaman o bunu qətiyyətlə rədd edib demişdi:

"Nağıllardan əl çəkin! Hər şeyin qaynağı insan zəkasıdır. Siz mənə ağılın simvolunu axtarın tapın!"

Prof. A. Afet İnan. "Mustafa Kamal Atatürkten yazdıklarım, Yeni Gün Haber Ajansı, İstanbul, 1998, səh, 48

Dipnot: Afet İnan Mustafa Kamal Atatürkün övladlığa götürdüyü səkkiz qızından biridir.

Azərbaycan tarixi
Media is too big
VIEW IN TELEGRAM
Mərhum Ziya Bünyadov yazır ki, Atabəylər dövlətində fars dili o qədər inkişaf etmişdi ki, bütün saray şairləri, elm xadimləri farsca danışır, yazır-yaradırdı. Həmçinin Ziya Bünyadov əlavə edir ki, fars dilinin tarixi boyu belə inkişafı az görülmüşdü və bu işdə indiki Azərbaycan ərazisində yaşayan xalq ən böyük töhfəni verən xalq idi. Rəsmi dili farsca olan Atabəylər barədə AZTV çəkdiyi serialda baş rolda oynayan şəxsin qışqıraraq "Bütöv Azərbaycan uğrunda" dediyini səhnələşdirib. O dövrdə Bütöv Azərbaycan, ya ümumiyyətlə Azərbaycan adlı dövlət var idi, ya yox idi, bu ayrı mövzudur, əsas məsələ odur ki, bu söz deyilibsə belə farsca deyilib. Gərək səhnəni belə çəkərdilər [hədəfe ma Azerbaycane bozorge]...

Bir sual da budur ki, 1136-cı ildə hədəf Azərbaycan olubsa, dövlətin adı niyə Azərbaycan olmayıb?

Həmçinin niyə "Bütöv Azərbaycançı" atabəylər Nizami Gəncəviyə Xəmsəni farsca yazmağı sifariş etmişdilər?

Bu yazdıqlarımız səthi qeydlərdir. Əsl zərbələr film yayımlandıqdan sonra endiriləcək!

Azərbaycan Tarixi