AZAL - Azerbaijan Airlines
16.1K subscribers
1.56K photos
140 videos
580 links
Azərbaycan Hava Yollarının rəsmi Telegram kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://yangx.top/addstickers/AzerbaijanAirlinesPlane
加入频道
"Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində itirdiyimiz əziz insanları heç vaxt unutmayacağıq. Bu itkilər bütöv bir cəmiyyətin ürəyində yara açdı. Bu itki bizi daha həssas və bir-birimizə bağlı olmağa səsləyir.

Məhz bu səbəbdən Bakı aeroportunda, Terminal 2-nin cənub girişində, quraşdırılan xatirə stendi xüsusi bir məna daşıyır. Stend hər kəs üçün açıqdır. Ziyarətçilər burada qəlblərindəki duaları, xatirələri və ehtiramlarını paylaşa bilərlər.

Qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhları şad, xatirələri əbədi olsun.

***

We will never forget the beloved people we lost in the crash of the "Embraer-190" aircraft. This loss left a deep wound in the heart of an entire community. It reminds us to be more compassionate and connected to one another.

This is why the memorial stand installed at the southern entrance of Terminal 2 at Baku Airport carries such profound meaning. The stand is open to everyone, inviting visitors to share their prayers, memories, and respects from their hearts.

May the souls of those who tragically lost their lives rest in peace, and may their memory live on forever.
Forwarded from Baku Airport
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakı-Qroznı J2-8243 reysi zamanı baş vermiş faciə nəticəsində həyatını itirənlər Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükutla anıldı. Allah rəhmət eləsin.

The victims of the tragic incident on the Baku-Grozny J2-8243 flight were honored with a moment of silence at Heydar Aliyev International Airport. May they rest in peace.

Погибшие в результате трагического инцидента на рейсе Баку-Грозный J2-8243 были почтены минутой молчания в Международном аэропорту имени Гейдара Алиева. Пусть земля им будет пухом.
“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilmişdir.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır:

• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
• Saratov
• Nijni Novqoroq
• Vladiqafqaz

Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdir.

Təhlükəsizlik səbəbindən Qroznı və Maxaçqala da daxil olmaqla, yuxarıda qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilmişdir.

Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

***

Flights from Baku to the following airports in Russia has been suspended, starting December 28, 2024:

• Mineralnye Vody
• Sochi
• Volgograd
• Ufa
• Samara
• Saratov
• Nizhny Novgorod
• Vladikavkaz

This decision, made in accordance with the Azerbaijan State Civil Aviation Authority, is based on the preliminary results of the investigation into the crash of the Embraer 190 aircraft operating the Baku-Grozny flight J2-8243 of Azerbaijan Airlines due to physical and technical external interference and considers potential risks to flight safety. The suspension will remain in effect until the completion of the final investigation.

It should be noted that on December 25, AZAL decided to suspend flights from Baku to Grozny and Makhachkala.

For safety reasons, a decision has been made to suspend flights of other airlines to the mentioned destinations, including Grozny and Makhachkala.

Passengers of AZAL flights to and from the specified cities in Russia, who are unable to use the airline’s services due to the current situation, have the opportunity to receive a full refund without penalties or rebook their tickets.
Bu gün Bakı aeroportunda J2-8243 nömrəli Bakı-Qroznı reysinin qəzaya uğraması nəticəsində həyatlarını itirən pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva ilə vida mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, ekipaj üzvlərinin ailələri, dövlət rəsmiləri və AZAL əməkdaşları iştirak ediblər.

Həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda torpağa tapşırılıblar.

Onların cəsur və fədakar xidmətləri heç vaxt unudulmayacaq. Allah hər birinə rəhmət eləsin, ruhları şad olsun!

***

A farewell ceremony was held today at Baku Airport for the pilots Igor Kshnyakin, Aleksandr Kalyaninov, and flight attendant Hokuma Aliyeva, who tragically lost their lives in the crash of the flight numbered J2-8243 on the Baku-Grozny route. The ceremony was attended by the President of the Republic of Azerbaijan Ilham Aliyev and First Lady Mehriban Aliyeva, the families of the crew members, state officials, and AZAL employees.

The deceased crew members were laid to rest in the Second Alley of Honor.

Their brave and selfless service will never be forgotten. May they rest in peace, and may their souls be blessed!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Bakı-Qroznı aviareysini həyata keçirərkən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə — pilotlar İqor İvanoviç Kşnyakin və Aleksandr Georgiyeviç Kalyaninov, təyyarə bələdçisi Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Təyyarə bələdçilərimiz Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif olunublar.

Dövlət başçısına göstərdiyi diqqətə görə minnətdarlığımızı bildiririk.

***

By the decree of the President of the Republic of Azerbaijan, Ilham Aliyev, crew members of Embraer-190 passenger aircraft which tragically crashed while operating the Baku-Grozny flight – the pilots Igor Ivanovich Kshnyakin and Alexander Georgievich Kalyaninov, the flight attendant Hokuma Jalil Aliyeva have been posthumously awarded the title of National Hero of Azerbaijan.

Our flight attendants Zulfigar Sardar Asadov and Aydan Vagif Rahimli were awarded the 1st degree Bravery (Rashadat) Order.

They were awarded for their exceptional professionalism, courage and dedication in the performance of their official duties and in saving the lives of passengers during the accident.

We sincerely appreciate the head of state's thoughtful attention.
"Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir. Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi tərəfindən məlumat verilir.

Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

***

A number of flights of Azerbaijan Airlines scheduled on the Baku-Nakhchivan-Baku route are delayed due to adverse weather conditions (thick fog) at Nakhchivan International Airport. Passengers of delayed flights are informed by the airline's call center.

These flights will be operated immediately after weather conditions improve at Nakhchivan Airport.

In accordance with the airline's regulations, passengers of delayed flights waiting at the airport will be provided with necessary assistance if required.

For any additional inquiries, passengers can contact the call center via email at 
[email protected] or through WhatsApp at +994(55) 204 65 54.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
AZAL ailəsi olaraq bu ağır dövrdə bizimlə həmrəy olan, dəstəyini göstərən hər kəsə dərin minnətdarlığımızı ifadə etmək istəyirik.

Yaşanan faciə hamımız üçün böyük bir sınaq idi. Amma bu sınaqda sizin dəstək sözləriniz bizim üçün güc mənbəyi oldu. Biz tək olmadığımızı, xalqımızın sevgisini və həmrəyliyini hiss etdik. Bu, bizə daha möhkəm dayanmaq, yaralarımızı sağaltmaq üçün stimul verir.

Səmimi minnətdarlıqla,
“Azərbaycan Hava Yolları” QSC

***

As AZAL family, we would like to express our deepest gratitude to everyone who stood in solidarity with us and offered their support during this difficult time.

The tragedy we faced was a profound test of resilience. However, your words of support became a source of strength for us during this challenging period. We felt the love and solidarity of our people, realizing that we are not alone. This gives us the motivation to stand stronger and heal our wounds.

With heartfelt gratitude,
Azerbaijan Airlines CJSC